Türkiyə İranın İraq və Pakistan ərazilərinə hücumları ilə bağlı hadisələrin gedişatından narahatdır. Problemin BMT prinsipləri, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq. Biz dostlarımız və qardaşlarımız İran, İraq və Pakistanı mötədillik və sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq. Türkiyə öz təcrübəsini bölüşməyə və prosesə töhfə verməyə hazırdır”, – bəyanatda bildirilib.