Ermənistan mediasına, ümumilikdə erməni ideoloqlarının çıxışlarına nəzər saldıqca bir çox qaranlıq məqamlar ortalığa çıxır. Baş nazir Nikol Paşınyanın sülh danışıqlarında vaxtı uzaqtmaq cəhdləri heç də əbəs deyil. Bu zavallı dünyada gedən geosiyasi proseslərin dəyişəcəyinə, özləri üçün əlverişli şəraitin yaranacağına ümid edərək, həm Azərbaycanla sülh müqaviləsinin imzalanmasını yubadır, həm də bacardıqları qədər silahlanmaya çalışır. Hətta bəzi erməni politoloqları da Ermənistanın sürətlə silahlanmasını, vürsət yaranıb, zaman yetişən kimi Azərbaycanla müharibəyə başlamağı əsaslandırmağa çalışırlar. Bu gün özünü dünyaya demokrat kimi göstərən N. Paşınyanında davranışında bu gedişlər çox aydın görünür.
Lakin biz Ermənistanın silahlanma məsələsinə biganə baxa bilmərik. 30 il bu regiona fəlakət gətirən, minlərlə insanın ölümünə bais olan, Azərbaycanın bu qədər şəhər və kəndlərini yer üzündən silən ölkənin yenidən silahlanmasına biz millət olaraq, dövlət olaraq necə göz yuma bilərik?
II Dünya müharibəsində bütün beynəlxalq aləmə meydan oxuyan Almaniya və Yaponiya yekunda məğlub oldular. Həmin adı çəkilən ölkələrə qarşı müharibə cinayətlərinə görə, ciddi sanksiyalar tətbiq edildi. Həm Almaniya, həm də Yaponiya mütəşəkkil ordu saxlamaq səlahiyyətindən məhrum edildi. Bu gün belə beynəlxalq təcrübə Ermənistana qarşı niyə tətbiq olunmasın?
Biz 30 illik müharibədə çox hiyləgər düşmənə və onun havadarlarına qalib gəldik. Tarixi ədaləti bərqərar edib torpaqlarımızı azad etdik. Lakin yenidən münaqişə ocağının yaranmasına, Ermənistan kimi bir ölkənin silahlanmasına imkan vermək olmaz. Hətta bu ölkənin gələcəkdə ordusunun qalıb-qalmaması məsələlini beynəlxalq təcrübəyə əsalanıb gündəmə gətirmək lazımdır.
Əkrəm Bəydəmirli