12 yanvar 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyası regionlarda müşahidəçilər üçün təlimlərə start verdi. İlk təlim 12 yanvar 2024-cü il tarixdə saat 11.00-da Lənkəran şəhərində, növbəti təlim isə həmin gün saat 15.00-da Masallı şəhərində keçirilib. Təlimləri Koalisiyanın həmsədrləri A. M. Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri) və Koalisiyanın təlimçisi Ş. Əliyev keçiriblər. Təlim zamanı 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri, müşahidəçilərin hüquq və vəzifələri haqqında danışılıb, Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəşilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verilib. Sonra iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Təlimin sonunda təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.