Azərbaycan neftinin qiyməti 84 dolları ÖTÜB

 “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 2 dollara yaxın artıb.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları, yaxud 2,1 % artaraq 84,32 ABŞ dolları təşkil edib. 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 



Mənbə