Müstəqillik əldə olunan zaman ABŞ-da ümumi əhalinin sayı 2,5 milyon nəfər olub. Hazırda bu ölkənin əhalisi təxminən 335 milyonu keçib. Ola bilər bu rəqəmlərdə bir balaca aşağı yuxarı olsun. Bu nəhəng ölkənin hazırki və 46-ci prezidenti Co Baydendir. 82 yaşlı Baydendə vaxtaşırı yaddaşsızlıq (amneziya) problemi ilə üzləşir. 2024-cü il seçkilərində yenidən president seçilib Amerikaya daha bir müddət rəhbərlik etmək istəyir. Bu amerikalıların öz seçimidir. Məni düşündürən başqa məqamdır. Bu yaşda, həmçinin yaddaşında bu qədər problemlər olan bir nəfərə dünyanı necə etibar etmək olar. Barıt çəlləyinə dönmüş bu dünyada sabitliyi görün kimlər təmin edəcək. Çox qəribə toplum olan amerikalılar o boyda əhali arasından nisbətən bir cavan namizəd tapa bilmirlər. Co Baydenin rəqibi Respublikaçıların namizədi Tramp da nə qədər özünü cavan, saz hiss etsə də yaşlanıb. İnsan bioloji varlıqdır. Yaşlanmış, yaddaş problemi olan insanlar belə ağır yükün altına necə girirlər? Gedib ahıl çağlarında memuarlar, xatirələr yazmaq, öz nəvələri ilə məşğul olmaq əvəzinə dünyanı idarə etmək iddiasındadırlar, Trampda bir qəribə xüsusiyyət hiss olunur. O, ətraf aləmə, gördüklərinə biznes obyekti kimi baxır. Axı o özü də yaxşı biznesmen olub.
Nəisə, ABŞ-a kimin prezident seçilməsindən asılı olmayaraq, biz hədəflərimizi düzgün müəyyən etməliyik. Bu strateji hədəflərdə heç bir boşluq qalmamalıdır.
Yekunda onu da qeyd edim ki, bu il beynəlxalq aləmdə gedən proseslərin gərginləşməsinə, yeni münaqişə ocaqlarının yaranmasına, hərbi toqquşmaların sürətlənməsinə və digər narahatlıq törədən məqamlara şahidlik etməyə başlamışıq. ABŞ-da keçiriləcək prezident seçkilərinin dünyadakı təlatümlərə müsbət və yaxud mənfi təsir edəcəyini zaman göstərəcək.
Əkrəm Bəydəmirli