Sabah Türkiyə bu ölkələrlə saziş imzalayacaq

 Sabah Türkiyə Rumıniya və Bolqarıstanla İstanbulda Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılmasına dair anlaşma imzalayacaq.

Bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat dərc edib.

“Qrupun fəaliyyəti yalnız dinc xarakter daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib”, – məlumatda qeyd olunub.



Mənbə