Tehranda bina uçdu: ölü və yaralılar var

 İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

Hadisə nəticəsində 1 nəfərin ölüb, 2 nəfər yaralanıb.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə