“Mən balamı NAXÇIVANA əsgər göndərmişəm, ordan yoxa çıxıb” – 27 İLLİK MÜƏMMA

Lənkaran şəhəri Garmatuk qəsəbə sakini İsmayılov İmran bildirir ki, qadaşı İsmayılov Şükür 1996-cı ildə Lənkaran hərbi komisarlığından hərbi xidmətə çağırılıb və hərbi xidmətini Naxçıvan şəhərinin N-saylı hərbi hissəsində keçirib. Əlavə edir ki, 1 il sonra o, sözügedən hərbi hissədən müəmmalı şəkildə itkin düşüb. Vətəndaş ailəyə İsmayılov Şükürün həbs edilməsi barədə teleqram aldıqlarını, dərhal hərbi hissəyə getsələrdə, onlara İsmayılovun hərbi hissəni icazəsiz tərk etməsiylə bağlı məlumat verildiyini bildirir. Şikayətçi 1 ay müddətində Naxçıvanda bütün kəndləri axtarsalar da qardaşı haqqında heç bir məlumat ala bilmədiklərini söyləyir. O, deyir ki, 27 il keçməsinə baxmayaraq qardaşı barədə hələdə bir məlumat ala bilməyiblər. Vətəndaş bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini və heç bir nəticəsinin olmadığını bildirir.

Daha ətraflı aşağıdakı videoda:

Kanal13
https://www.youtube.com/watch?v=vPZqGNYZkPs



Mənbə