Baş Prokurorluq generalın yenidən həbs olunmasını tələb etdi

Ermənistanın Baş Prokurorluğu Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu – Üçüncü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edib.
Ermənistan Baş Prokurorluğu Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya şikayəti verib.
Hakim Armen Hovhannisyanın sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən inzibati nəzarətə götürülməsi və 20 milyon dram məbləğində girovla əvəz edilməsi barədə qərardan verilən apellyasiya şikayətini qismən təmin edib.
Qeyd edək ki, Q.Xaçaturov 2023-cü il fevralın 20-də saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulmasında, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur.



Mənbə