“Azgranata”nın RƏHBƏRİ DƏYİŞDİRİLDİ – BUNDAN SONRA…

Modern Şirkətlər Qrupunun alkaqollu və alkaqolsuz içkilər istehsalçı “Azgranata” MMC 2024-cü ildən yeni rəhbərin idarəsi altında olacaq.
Banker.az xəbər verir ki, ötən gün təsdiqlənən qərara əsasən Cəlal Şirəlizadə Telman oğlu şirkətin baş icraçı direktoru təyin edilib. C.Şirəlizadə bu vəzifədə Ceyhun Bəxtiyarlı Qəzənfər oğlunu əvəz edib.

C.Şirəlizadə 2016-cı ildən “Azgranata”nın heyətinə qoşulub və ilk iki ili marketinq sahəsi üzrə çalışıb, 2020-2021-ci illərdə şirkətin marketinq direktoru kimi çalışıb.

Xatırladaq ki, “Azgranata” 2011-ci ildən fəaliyyətdədir və 21.58 mln. manat nizamnamə kapitalı var. Şirkət Modern Şirkətlər Qrupuna daxildir.



Mənbə