Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən – mayor Beytulla Quliyev, Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş vüsət alan yenidənqurma, abadlıq-quruculuq işlərindən danışan RİH başçısı bildirib ki, artıq soydaşlarımız öz yurdlarına dönür və Qarabağa həyat yenidən qayıdır. Qeyd edib ki, Ali Baş Komandanın “Dəmir yumruğ”u altında sıx birləşən minlərlə igid oğullarımızın, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində düşmən döyüş meydanında diz çökdürülüb, Ermənistan Kapitulyasiya Aktına imza atmağa məcbur olub. Ötən il antiterror əməliyyatından sonra ərazi bütövlüyümüzün və ilahi ədalətin bərqərar olduğu vurğulanaraq Silahlı Qüvvələrimiz bundan sonra da baş verəbiləcək bütün hərbi təxribatları yerində qarşısını almağa və layincə cavab verməyə qadirdir.
Daha sonra RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək ölkəmizdə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan danışıb və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.
Sonda Dövlət başçısının müvafiq sərəncamları ilə təltif olunan Vətən Müharibəsi iştirakçısı, I qrup müharibə əlili Əliyev Vidadi Rizvan oğluna 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Xocavəndin azad olunmasına görə” medalı təqdim olunub.