Abşeron yarımadası qış otlaqları kimi istifadə olunacaq

 
Abşeron yarımadası qış otlaqları kimi istifadə oluna bilər. Ərazinin iki təyinatla istifadə olunmasına dair SOCAR şirkəti ilə bağlanan müqaviləyə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi bu əraziləri qış otlaqları kimi istifadə edə bilər.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunur ki, Abşeron yarımadasının ekoloji regionu seyrək bitki örtüklü səhralıqlar və çöllük ərazilərlə xarakterizə olunur.

“Ərazi yarımsəhra iqlimə malik olduğu üçün ərazidə məhsuldar kənd təsərrüfatı torpaqları azdır. Lakin, açıq ərazilərdəki geniş torpaq sahələri qış otlağı və örüş kimi istifadə olunur”, – deyə baş planda vurğulanıb.



Mənbə