Şarl Mişel istefa verərsə, Macarıstan baş naziri Viktor Orban müvəqqəti olaraq Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər.
Bu barədə “Politico” nəşri yazıb.
Nəşr qeyd edib ki, Mişel namizədliyini irəli sürməyi planlaşdırdığı Avropa Parlamentinə seçilsə və Aİ liderləri tez bir zamanda ona sələf seçə bilməsələr, bu ehtimal baş verə bilər.
Bu halda Orban 6 ay müddətində Avropa İttıfaqı Şurasına rəhbərlik edəcək, Macarıstan isə iyulda Şurada rotasiya səsverməsini öz üzərinə götürəcək.
“Politico” vurğulayıb ki, bu – Avropa İttifaqı Şurasının hazırkı prezidentinin Avropa Parlamentinə seçkilərdə iştirakı və ilk dəfə olaraq vəzifəsini vaxtından əvvəl tərk etməsi – nadir haldır.