Rusiyanın raket hücumu ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.
Bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata görə, hava həyəcanı ilk olaraq yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 11:30) Kiyev və Vinnitsa vilayətlərində, daha sonra isə bütün ölkə boyu elan olunub.