Abdullahian Kolonna ilə danışdı

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Fransa xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı baş tutub.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı yanvarın 3-də Kirman şəhərində baş vermiş terror aktı, Qəzzadakı vəziyyət və Qırmızı dənizdəki təhlükəsizlik məsələləri müzakirə olunub.



Mənbə