Xərçəngdən əziyyət çəkən qarmon ifaçısı Gülbahar Şükürlü vəfat etdi

 

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü vəfat edib.

Dunyaxeber.org “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.

Onun yaradıcılıq dövrü ərzində “Aytac”, “Rusif”, “Ləman” və “İnanmaram” adlı 4 albomu işıq üzü görüb. 7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Hamısıah rəhmət eləsin.

Dunyaxeber.org