İsraildə xarici işlər naziri dəyişdirilib

İsrail Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Hökumət bu gün səhər nazir İsrael Katsın yerinə nazir Eli Koenin energetika və infrastruktur naziri təyin edilməsini və nazir Eli Koenin yerinə nazir İsrael Katsın xarici işlər naziri təyin edilməsini təsdiqləyib. Bu təyinatlar Knesset tərəfindən təsdiqlənməlidir”, – məlumatda qeyd olunub.



Mənbə