Bosniya və Herseqovinada güclü zəlzələ oldu

Bosniya və Herseqovinanın mərkəzi hissəsində yerləşən Zenitsa şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:43-də olub. Zəlzələnin episentri Bosniya və Herseqovinanın Zenica şəhərindən 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Zəlzələ paytaxt Sarayevo başda olmaqla ölkənin bir çox şəhərində hiss olunub.



Mənbə