Pakistanda Yeni il şənlikləri ləğv edilib

 Pakistan Fələstinlə həmrəylik əlaməti olaraq bütün Yeni il şənliklərini qadağan edib.

Pakistanın müvəqqəti Baş naziri Ənvar-ül-Haq Kakar yerli hakimiyyətin müvafiq qərarı verdiyini açıqlayıb.

“Pakistan xalqı üzücü bir vəziyyətdədir… Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, – Kakar televiziyada çıxışı zamanı deyib.



Mənbə