Masallıda ağır yol qəzasında xəsarət alan 17 nəfərin son durumu açıqlanıb
Onlardan 12 nəfərin tibb müəssisəsində müalicəsi davam etdirilir. Xəsarət alanlardan 3 nəfər reanimasiya şöbəsinə, 9 nəfər palataya yerləşdirilib, 5 nəfər ambulator yardım göstərilərək evə buraxılıb. Reanimasiyada olanlardan birinin bel-fəqərəsi sınıb və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi üçün hazırlıq işləri aparılır.
@dunyaxeber.org