Şuşa yolunda baş vermiş qəzanın təfərrüatı

 Xəbər verdiyimiz kimi, dünən Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində ağır qəza baş verib.  

1978-ci il təvəllüdlü Rahil Ağayevin idarə etdiyi “DAF” markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sərnişin – Biləsuvar rayon sakini 1976-cı il təvəllüdlü Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişən 1976-cı il təvəllüdlü Elçin Nəzərov sürücünün qaynıdır.



Mənbə