Sabirabadda binada yanğın olub, sakinlər xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xalqxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. 

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 10 nəfəri xilas ediblər.
 



Mənbə