“Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ilə bağlı işləri davam etdirir”.
Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov xarici hərbi attaşelər üçün brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistanla Azərbaycan arasında ən kəskin ziddiyətlərin nizamlanması üzrə məqsədyönlü iş aparır.