Azərbaycan nefti ucuzlaşdı

 Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,12 dollar və ya 0,15 faiz azalaraq 81,38 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



Mənbə