“Rusiya Federasiyası dekabrın 6-da keçirilməsi planlaşdırılan G7-nin onlayn sammitini yaxından izləyəcək”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“G7 onlayn sammitinin əsas mövzusu Fələstin-İsrail münaqişəsi ola bilər”, – o əlavə edib.
Peskov Qərbin Ukraynaya yardımının həcmini azaltmaqla bağlı deyib ki, Kiyev indi “açıq-aydın çətin vəziyyətdədir”.
Sözçü təklif edib ki, G7 onlayn sammitində Qərbin Kiyevə yardımının azaldılması nəzərə alınmaqla Ukrayna mövzusu müzakirə oluna bilər.(TASS)