Belarus Prezidenti Aleksandr Lukaşenko 3-4 dekabr tarixlərində Çinə səfərə gedəcək.
Bu barədə “BelTa” agentliyi məlumat yayıb.
Məlumata görə, səfər zamanı Lukaşenko Çin lideri Si Szinpinlə görüşəcək.
“Pekində baş tutacaq danışıqların gündəliyinə ticari-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir”, – məlumatda qeyd olunub.