Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb.
Bu barədə Mirzoyan “X” hesabında yazıb.“ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniya xarici işlər naziri Devid Kemeronla ikitərəfli münasibətlər haqqında danışdıq. Böyük Britaniya və Ermənistan bu yaxınlarda strateji dialoqa başlayıb”, – Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, tərəflər müzakirə zamanı regional mövzulara və Cənubi Qafqazda baş verən hadisələrə toxunub.
Qeyd edək ki, Mirzoyan bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb.