Mirzoyan: “İrəvan normallaşma prosesi ilə bağlı Bakıya təkliflər paketi təqdim edib”

İrəvan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketi təqdim edib.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlar da qeyd olunub.

“Prosesin irəliləməsi imkanından yararlanmaq üçün Ermənistan ötən həftə ikitərəfli saziş layihəsi üçün təkliflər paketini Azərbaycana təhvil verib”, – deyə Mirzoyan bildirib.



Mənbə