Hər il 25 noyabr dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına başlayıb.
28 noyabr 2023-cü il tarixində BMT – nin Azərbaycandakı Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə Biləsuvar rayonunda “16 günlük fəallıq kampaniyası” baş tutdu.
Görüş Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Təhsil sektoru və Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi ilə birgə təşkil edilmişdir.
Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
Tədbirin əsas məqsədi:
Qadınlara və qızlara qarşı zorakılığın olması cəmiyyət üçün itki, həm də tibbi və psixoloji xidmətlər üçün əlavə xərclərdir.
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu ətrafında
Hüquqi və psixoloji məqamlar müzakirə olundu
Tədbirin sonunda fəal iştirakçılara hədiyyələr təqdim edildi.