Türkiyə Milli İstehbarat Təşkilatının rəisi İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının liderləri ilə danışıqlar aparıb.
Xaqxəbər.az verir ki, bu barədə “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“6 həftə ərzində İbrahim Kalın HƏMAS-la 4 görüş keçirib. Görüşlərin biri Dohada, ikisi Ankarada, biri isə İstanbulda baş tutub. Danışıqlar zamanı HƏMAS-dan ilk addım olaraq mülki girovları azad etməsi istənilib. Bu çərçivəsində Qətərdə HƏMAS-ın siyasi bürolarının rəhbərləri ilə şəxsi görüşlər keçirilib.
Ankara öz vətəndaşlarının xilas edilməsi üçün rəsmi müraciətlər göndərən ölkələrdən alınan məlumatları da birbaşa HƏMAS siyasi bürosunun rəhbərlərinə ötürüb. Ankaranın tələbi daxili kommunikasiya kanalları vasitəsilə HƏMAS-ın Qəzzadakı hərbi qanadına çatdırılıb. Azad ediləcək girovlar arasında həm İsrail vətəndaşları, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib”, – məlumatda qeyd olunub.
Nəşr danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidanın adından ölkənin Dohadakı səfirinin də iştirak etdiyini bildirib.