Dünyanın Beynəlxalq Təşkilatlarına müraciət! – FOTO – VİDEO

İsrail-Fələstin savaşı artıq vahiməli bir formaya keçib. Artıq Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb, bölgədə dəhşətli bir durum var. Hazırda Qəzza zolağının dərinliklərində HƏMAS-la İsrail ordusu arasında şiddətli döyüşlər gedir. Hərbi əməliyyatlara İsrail ordusunun quru bölmələri rəhbərlik edir.

“Fələstin-İsrail münaqişəsi və ya müharibəsi, daha dəqiq faciəsi barədə araşdırmalar apardım. İllərdir ki, davam edən sadə insanların faciəvi ölümü çoxmu davam edəcək?…Adlarını sülh adlandıran Beynəlxalq Təşkilatlar ilk növbədə sülh uğrunda deyil, müharibə ocaqlarının yaradılmasında maraqlıdırlar. Əgər elə olmasaydı, sülhü qorumaq üçün hər bir başlanan müharibənin qarşısı alınardı. HƏMAS-ın silahlı dəstələri İsrailə hücum etdiyi an necə ola bilərdi ki, yüksək texnologiya ilə təchiz olunan sərhəd məntəqələri həyəcan siqnalı verməsin. Apardığım araşdırmaya əsasən deyə bilərəm ki, həmin radio-telefon dalğalarının söndürülməsi texniki nasazlıq ola bilməzdi”.

Bunu açıqlamasında Çeçenistanın Fəxri Vətəndaşı, Qarabağ Qazisi Arif Məhərrəmov deyib. O hər iki tərəfdə dinc insanların ölümünə səbəb olan müharibəni pisləyib:

“Rəsmi informasiyalardan əldə etdiyim məlumatlardan öyrənmişəm ki, sərhəd məntəqələrində nəinki sərhədi keçmək, heç icazəsiz yaxınlaşmaq mümkün deyil. Sonradan sərhədi keçərək, İsrail xalqına qarşı kütləvi qırğınların təşkili zamanı sadə insanların köməksiz vəziyyətdə qalmasına şəraitin yaradılması nəticəsində imdad diləyən girovların telefon rabitələrinin söndürülməsi və sonradan İsrailin intiqam müharibəsinə başlaması nəticəsində atılan bombaların təsirindən 3000-ə yaxın körpənin və minlərlə dinc insnın məhv edilməsinə səbəb oldu.

Hər iki tərəfdə insan ölümünə səbəb olan müharibəni pisləyirəm. Baş verən müharibənin günahkarlarını dinc insanlar arasında axtarmayın. Məhv edilən günahsız insanların öldürülməsinə kim cavab verəcək? Hər iki tərəfdən müharibənin başlanmasına səbəb olanlar cəzalandırılmalıdır. Girovlar heç bir şərt olmadan azad olunmalı və Qüdsü məcbur tərk edən  Fələstin xalqı beynəlxalq təşkilatlatların sülhməramlı qüvvələrinin köməkliyi ilə yurdlarına qayıtmalıdır. Bunun üçün hər iki tərəf təcili müharibəni dayandırmalı  və Qüdsdə sülh təmin edilməlidir.

İsrail-Fələstin qarşıdurması son dövrlərin ən ağır faciələrindən biri hesab oluna bilər. Bu faciənin ağrısını təkcə İsrail və Fələstin xalqları deyil, demək olar ki, bütün dünya yaşayır. Hesab edirəm ki, beynəlxalq birliyin güc mərkəzləri və nüfuzları müharibənin dayandırılması, onlar arasında olan məsələlərin dinc, sülh yolu həlli üzərində çalışmalıdırlar. Bu müharibəyə tez bir zamanda son qoyulmalıdır”.