Bu universitetdə müəllimlərin maaşı artırıldı

24 noyabr 2023-cü il tarixində Gəncə Dövlət Universitetinin  Elmi Şurasının növbəti iclası keçirildi.
Elmi Şuranın qərarı ilə 2024-cü il yanvarın 1-dən universitetin professor – müəllim heyətinin maaşlarının 10 faiz artırılması barədə qərar qəbul olunub. GDU-nun rektoru, professor Yusif Yusibov  bununla bağlı əmr imzalayıb.

Rektorun əmrinə əsasən, yanvarın 1-dən professor-müəllim heyətinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə əmək haqları 10 faiz qaldırılıb.Rektor Yusif Yusibov çıxış edərək bildirdi ki, universitet əməkdaşlarının maddi – rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Yaxın vaxtlarda yenə də maaşlar mərhələli şəkildə artırılacaq

Mənbə