Moskvaya böyük pilotsuz təyyarə hücumunun qarşısı alınıb

Noyabrın 26-na keçən gecə Moskvada hava hücumundan müdafiə sistemləri Naro-Fominsk və Odintsovo şəhər rayonunda pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını alıb.

Bu barədə paytaxt meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib.

“Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub”, – mer yazıb.



Mənbə