Cənubi Qafqazda sülhün bərqərar olması bəzi qüvvələrin maraq dairəsində deyil

Qərbin siyasi dairələrinin, xüsusilə Fransanın davranışlarına diqqət etdikdə, bu qənaətə gəlmək olar ki, Cənubi Qafqazı bu qüvvələr sakit buraxmaq fikrində deyillər. Bunların hədəfi heçdə Ermənistanı və ümumilikdə yaşadığımız regionu Rusiyanın təsir dairəsində çıxarmaq deyil. Həmin qüvvələrin Ermənistandan bir vasitə kimi istifadə edərək bu bölgədə yerləşmək, Türk Dövlətləri Təşkilatlarının nəhəng layihələriinin icrasına mane olmaq və ümumilkdə güclənən bu ittifaqı əsas hədəflərdən çəkindirməkdir.
30 il ərzində Azərbaycanın bu qədər şəhər və kəndlərini az qala yer üzündən silən, insanlıq əleyhinə saysız –hesabsız cinayətlər törədən Ermənistanı bu gün demoktatik ölkə kimi qəbul edən Qərbin siyasi dairələrinin məkrli məqsədləri var. Lakin bu məqsədlər Ermənistanla Azərbaycan arasında sülh prosesinə xidmət etmir.
Zavallı N. Paşinyana hərtərəfli dəstək göstərərək, onun təmsil etdiyi ölkəni silahlandırmaq və Azərbaycanı etnik təmizləmədə günahlandırmaq çox ciddi məkrli planlardan xəbər verir. Ən təəccüblüsü odur ki, Ermənistanın silahlanmasında Azərbaycanla strateji müttəfiqlik səviyyəsində olan Gürcüstandan da tranzit ölkə kimi istifadə olunur. Rəsmi Tbilisi bu əməlin nəticəsini gec-tez hiss edəcək.
Lakin bütün bunlar Azərbaycanın ədalətli qalibiyyətinə, möhtəşəm zəfərimizə, qələbə sevincimizə kölgə sala bilməz. Təbii ki, məkrli qüvvələrin planlarını ifşa etmək üçün kifayət qədər yollar var. Amma bunlardan biri mənim qənaətimcə, daha məqbuldur. Yumşaq gücdən daha geniş istifadə etmək, Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyətini və əhatə dairəsinin artmasına diqqət etmək lazımdır.

Əkrəm Bəydəmirli