Bolqarıstanda güclü yağışlar və qasırğalı küləklərlə müşayiət olunan fırtınalı hava iki nəfərin ölümünə səbəb olub.
Bu barədə yerli polis məlumat yayıb.
Bolqarıstanın paytaxtında güclü külək yoldan keçən avtomobilin üzərinə düşən ağacı kökündən qoparıb, nəticədə 65 yaşlı sürücü hadisə yerində ölüb, həyat yoldaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Varnada ağacın aşması nəticəsində 41 yaşlı qadın ölüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.