Çağdaş Təhsil” jurnalı və təsisçisi Vüsal Zeynalov 2007-ci ildən bu günə qədər fəaliyyət göstərir

Belə ki, 2007-ci ildən bu yana jurnalımız təhsil və təhsildə baş verən dəyişikliklər, islahatlarla bağlı şagirdlərlə söhbətlər aparmış, təhsilin bir ölkənin, dövlətin gələcəyi üçün nə qədər önəmli yer tutduğunu dəfələrlə vurğulamışdır. Bütün bu söhbətlər sadəcə bir bölgədə yox, Azərbaycanın ən ucqar dağ kəndlərində və ümumiyyətlə, ölkənin bütün rayonlarında aparılıb. Vüsal Zeynalov  məktəblilərlə hər dəfə görüşəndə vətənpərvərlik mövzusunda xüsusi danışıqlar aparan  elə bu gün də həmin formada, hətta daha da inkişaf etmiş şəkildə fəaliyyətini davam etdirir.  15 ildir fəaliyyətdə olan “Çağdaş Təhsil” və təsisçisi Vüsal Zeynalov həmişə olduğu kimi bu gün də bütün şəhid övladlarına, fiziki qüsurlu və eyni zamanda əqli cəhətdən zəif olan şagirdlərə və həm də müharibədə iştirak etmiş I qrup əlil övladlarına təmənnasız şəkildə xidmət göstərir. Və həmişə də bu şəkildə xidmət göstərəcək.  Xidmətlər dedikdə isə onlayn hazırlıq kursları, uşaqlara motivasiya vermək məqsədilə dərc edilən, redaksiya ilə eyni adı daşıyan “Çağdaş Təhsil” jurnalı, qəzet və kitablar və təhsil saytımızda qabaqcıl şagirdləri paylaşaraq hər kəsə tanıtmaq.