İsrail bankları Rusiya Federasiyası vətəndaşlarının qiymətli kağız hesabları üzrə əməliyyatlarını məhdudlaşdırmağa başlayıb.
Bu barədə İsraildəki səhmdarlarının və tərəfdaşlarının investisiyalarını, aktivlərini idarə edən özəl “SmartGen Ltd” konsaltinq şirkətinin təsisçisi Mark Oyqman məlumat verib.
O qeyd edib ki, məhdudiyyət, hətta İsrail pasportu olan Rusiya vətəndaşlarına da şamil edilir.
“Onlar ruslara və vergi rezidentlərinə məxsus hesabları Rusiyadan ayırmağa başlayıblar”, – deyə şirkət təsisçisi qeyd edib.
Mənbə: RBK