Maaşlar yenə azaldı: “Sinxron” dəyişikliyin səbəbi nədir? – Ekspertdən açıqlama

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 919 manat 80 qəpik olub.
Yeniavaz.com bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 3 manat 20 qəpik azalıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda ilin əvvəlində orta aylıq əmək haqqı artmağa başlayır, sonra azalmağa. İlin sonunda isə yenidən artmağa başlayır. Bu tendensiya son illər dəyişməz olaraq qalır.
Son 3 ildə ölkədə aylar üzrə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqılama verən iqtisadçı-ekspert Hamısıahverdi Aydın bildirib ki, orta aylıq əmək haqqının bu şəkildə dəyişməsi yaşa görə əmək pensiyasının indeksləşdirilməsi ilə bağlı ola bilər:
“Bildiyimiz kimi, Azərbaycanda əmək pensiyaları əmək haqqının artım tempinə uyğun indeksləşdirilir. İlin sonunda əmək haqqı nə qədər artsa, pensiyalar da o qədər artırılır. Belə görünür ki, pensiyaları nə qədər artırmaq lazım olduğunu əvvəlcədən planlayırlar və ilin sonunda rəqəmlər üst-üstə düşsün deyə əmək haqqını süni şəkildə azaldıb-artırırlar. Əks halda, əmək haqqında bu cür “sinxron” dəyişikliyin olması ehtimalı azdır”.



Mənbə