Aİ müdafiə nazirləri Ukraynaya dəstəyi müzakirə edəcəklər

 
Avropa İttifaqının müdafiə nazirləri Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər.
Yenixeber.org xəbər verir ki, Ukraynaya hərbi dəstək məsələsi Aİ-nin Xarici İşlər Şurasının noyabrın 14-də keçirilən iclasında müzakirə olunacaq.

Şurada, həmçinin Sürətli Yerləşdirmə Potensialı (“Rapid Deployment Capacity”) mexanizmi və Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) ilə bağlı fikir mübadiləsi aparılacaq.

Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa Müdafiə Agentliyinin Rəhbər Şurası ilə qeyri-rəsmi səhər yeməyi olacaq.



Mənbə