İrəvan KTMT-ni boykot etməklə Bakıya şans verir

 Ermənistan düşünülməmiş addımları ilə Azərbaycana İrəvanın arxasından Rusiya ilə danışıqlar aparmaq imkanı verir.

Bunu erməni politoloq Artur Xaçikyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü üçün Moskvaya getməkdən imtina etməsini şərh edərkən deyib.

“Bu, Birlik vasitəsilə keçirilən tədbiri erməni tərəfinin növbəti boykotudur. Oktyabrda Baş nazir Paşinyan və xarici işlər naziri Mirzoyan təşkilatın Bişkek sammitinə getməmişdilər. Hakim qüvvə Rusiya ilə münasibətləri pozmaq üçün hər şeyi edir, baxmayaraq ki, məhz bu komandanın nümayəndələri özləri Moskvanın günahkar olduğunu deyirlər. Hər şeyi məhv edirlər, amma sonra bunun məsuliyyətini Rusiyanın üzərinə atırlar. Praqada Ermənistan hakimiyyəti Qarabağın Azərbaycana verilməsi ilə bağlı sənəd imzalayır, sonra Qarabağı təslim etmədiklərini bildirir. Onların hakimiyyətə gəlməmişdən əvvəl verdiyi bəyanatlar hamımızın yadındadır, deyirdilər ki, bütün problemlərin kökü Rusiya və Qarabağdır. Sükan arxasına keçəndən sonra biz hər şeyi itirməyə başladıq. Məhz onlar Azərbaycan paradının bu gün Xankəndidə keçirilməsi üçün hər şeyi etdilər. İrəvanın Rusiya ilə münasibətləri pisləşdirməyə yönəlmiş düşünülmüş addımları Moskva, Bakı və Ankaranın daha da yaxınlaşmasına səbəb olacaq. Və belə olan halda Ermənistan bunun qarşısını ala bilməyəcək. Ermənistan MDB və ya KTMT çərçivəsində baş verənləri boykot etməklə Azərbaycana Rusiya ilə arxadan danışıqlar aparmaq imkanı verir”, – o bildirib.



Mənbə