Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Ərdoğan qeyd edib:
“Qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş qazilərimizi hörmətlə, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və, inşallah, qiyamətə qədər belə qalacaq”.