“Qərb öz problemlərini başqalarının hesabına həll etməyə çalışır” – Lavrov

Qərb siyasətçiləri Yaxın Şərqdə böyük münaqişəni qızışdırırlar.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

XİN rəhbəri “Rusiya” beynəlxalq sərgi və forumu çərçivəsində “Bilik cəmiyyəti” marafonunda çıxışı zamanı bildirib ki, ingilislər Yaxın Şərqi böyük müharibənin astanasına sürükləyirlər: “İndi biz anqlo-saksların Yaxın Şərqi sözün əsl mənasında necə böyük müharibənin astanasına çəkdiyini görürük. Qərb öz problemlərini başqalarının hesabına həll etməyə çalışır. O, başqalarının resurslarını istismar etməyə öyrəşib və qlobal proseslərin əksinə olaraq, dövlətlərin daxili işlərinə qarışaraq dünyanı idarə etməyə ümid edir”. 



Mənbə