Məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalı Yunanıstanın “Atromitos” klubunun səhmlərini satın almağa hazırlaşır.
Bu barədə Yunanıstan mətbuatı xəbər verir.
“Artıq tanınmış iş adamının apardığı danışıqlar yekun mərhələyə çatıb” – mənbə yazır.
Məlumat üçün qeyd edək ki, “Atromitos” Yunanıstan çempionatında doqquz turdan sonra altı xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Acun İlıcalı həmçinin İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibidir.
Mənbə: Ensonhaber