Bir neçə amerikalı qanunverici İranın Yaxın Şərq regionundakı təxribatlarını cavab olaraq ABŞ-ı daha qətiyyətli addımlar atmağa çağırıb.
Onlar bu barədə “Amerikanın səsi”nə müsahibələrində bildiriblər.
Senatorlar Lindsi Qrehem, Marko Rubio və Con Kennedi İranı yer üzündə terrorizmin ən böyük sponsoru və himayəçisi, Əli Xameneini isə dini nasist adlandırıblar.
Onlar deyiblər ki, ABŞ İranın terror qruplarını maliyyələşdirməyə davam etməsinin qarşısını almaq üçün İranın neft infrastrukturunu hədəf almalıdır.