OMON-çular toya basqın etdi – Azərbaycanlılar TUTULDU

 
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

Bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn xüsusi təyinatlı polislər (OMON) toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar. 

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir. 

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.



Mənbə