Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Yaponiya Fələstin silahlı qruplaşmasının üzvlərinə və onlarla əlaqəli şirkətlərə qarşı ilk dəfə sanksiyalar tətbiq edib.
Bu barədə “Kyodo” nəşri məlumat yayıb.
“HƏMAS-ı maliyyələşdirməyə kömək edən 9 şəxs və onların şirkətləri sanksiyaya məruz qalıb. Bu fiziki və hüquqi şəxslərin Yaponiyadakı aktivləri dondurulacaq və onlardan istifadəsi qadağan ediləcək”, – məlumatda deyilir.