Ayasofiya məscidini ziyarət etmək ödənişli olacaq

 
Yanvarın 15-dən etibarən xarici vətəndaşlar üçün Ayasofiya məscidini ziyarət etmək ödənişli olacaq.

Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

O qeyd edib ki, bu qərar keyfiyyət və təhlükəsizlik məsələlərini daha da artıracaq.

Nazir onu da əlavə edib ki, ibadət üçün məscidə gələn Türkiyə vətəndaşlarının ibadət yerlərində heç bir dəyişiklik olmayacaq.



Mənbə