HƏMAS bütün fələstinli məhbusları girovlarla dəyişməyə hazır olduğunu açıqlayıb

 

HƏMAS bütün fələstinli məhbusları bütün girovlarla dəyişməyə hazır olduğunu açıqlayıb.

Bu barədə Qəzza zolağındakı Fələstin hərəkatının lideri Yəhya Sinvar məlumat verib.

O, girovların müqabilində İsrail həbsxanalarında məhbus olan bütün fələstinliləri tələb edib.

Sinvar vurğulayıb: “Bizim saxladığımız bütün İsrailli girovları İsrail həbsxanalarında olan bütün fələstinli məhbuslarla dəyişdirmək üçün dərhal saziş bağlamağa hazırıq”.



Mənbə