Zəngəzurun Azərbaycanla sərhəddə yerləşən Şurnux kəndinin başçısı Akop Arşakyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat dərc edib.
Qeyd olunub ki, Arşakyan 2023-cü il avqustun 17-də Nikol Paşinyanın bölgəyə səfərindən sonra işdən çıxarılıb: “Akop Arşakyan tez-tez spirtli içki qəbul edib, ona görə də gənc kadr təyin etmək üçün onu vəzifədən uzaqlaşdırıblar. Nikol Paşinyanın səfəri zamanı o, kobudluq edib, lazımsız açıqlamalar verib. Bundan sonra Gorus şəhərinin meri Aruş Aruşanyan onu işdən çıxarmaq qərarına gəlib”.