Bu gündən etibarən Slovakiya Ukraynaya hərbi yardım göndərməyəcək.
Bunu ölkənin baş naziri Robert Fiko deyib.
Fiko vurğulayıb ki, Slovakiya bundan sonra Ukrayna tərəfinə heç bir silah ötürməyəcək. Eyni zamanda o qeyd edib ki, Bratislava Kiyevə humanitar və vətəndaş dəstəyi dəstəkləyir.
“Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik – bu mənim hökumətimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik”, – Slovakiyanın baş naziri yekunlaşdırıb.(Modern.az)